Gəncədə atalar və ata olmağa hazırlaşanlar üçün təlimlər keçiriləcək. Bu haqda 2 iyul tarixində “Gender Hub Azerbaijan”-a istinadən məlumat veririk.
“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinə qeydiyyat başlayıb. Təlimlərdə 21-36 yaş arası atalar və ata olmağa hazırlaşanlar iştirak edə bilərlər. Qatılmaq istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçməlidirlər. İştirak ödənişsizdir.
Təlimlər Gəncədə 25 sentyabr – 25 noyabr aralığında təşkil olunacaq. Məqsəd ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan davranış normalarının və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir.