“Atəşgah Sığorta” şirkəti “Təlim – təcrübə proqramı” təşkil edir. Bu haqda aprelin 28-i Edumap.az-a istinadən xəbər veririk.
Ali təhsil və iş təcrübəsi tələb olunmur. Bildirilib ki, iştirakçılar aşağıda göstərilən bilik və bacarıqlara yiyələnəcəklər:
- Biznes əlaqələr və biznesin idarə edilməsi;
- Risklərin idarə edilməsi;
- Sığorta fəaliyyətinin əsasları;
- Natiqlik və təqdimat bacarıqları;
- Kommunikasiya bacarıqları;
- Təlimlər;
- İşlə təmin olunma imkanı.
Proqramın sonunda iştirakçılara Fəxri fərman təqdim olunacaq. Göstəriciləri şirkətin tələblərinə uyğun olan şəxslərə iş təklif ediləcək.
İştirak etmək istəyənlər CV-lərində “Gəncə şəhərində təcrübə proqramı” qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.