Astaralı qazilər və gənclər Gəncəyə səfər ediblər. Bu haqda 27 oktyabr tarixində Gencexeber.az Azərtac-a istinadən məlumat verir.
Ekskursiya Astara Rayon və Gəncə Şəhər Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə baş tutub. Onlar erməni terroru zamanı dağılmış əraziləri ziyarət ediblər.
Səfər 2 gün davam edib. Ekskursiya gəncləri düşmən tərəfinin vandalizm əməlləri ilə, onlara vətənpərvərlik prinsiplərini aşılamaq məqsədi ilə keçirilib.
Qonaqlar Gəncədə bir sıra tarixi abidələri ziyarət ediblər.