Gəncədə zavod işçiləri ilə maarifləndirici söhbət aparılıb. Bu haqda 16 noyabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Gülüstan Ailə Sağlamlıq Mərkəzinin (ASM) tibb heyəti Gəncə Avtomobil Zavodunda olub. Onlar “Tütünün zərərləri” mövzusunda çıxış ediblər. ASM-in şöbə müdiri Sevinc Heydərli, ailə həkimləri Könül Məmmədova, Şəfəq Quliyeva tütünün tənəffüs yollarında, ürək-damar sistemində, mədə-bağırsaq traktında törətdiyi xəstəliklərdən və passiv tütünçəkmənin zərərlərindən danışıblar.
Bu cür maarifləndirmə işlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.