13 C
Gence
8.5 C
Ganja

“ASAN xidmət”in qadın əməkdaşları turnir qalibi olub

Gəncə şəhər “ASAN xidmət”in əməkdaşları voleybol turnirinin qalibi olub. Bu haqda 29 iyun tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

“ASAN xidmət”in qadın əməkdaşları arasında voleybol turniri təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.

Turnirdə 13 komanda mübarizə aparıb. Yarışın sonunda Gəncə “ASAN xidmət”in komandası I yerə layiq görülüb. Onlar kubok və medallarla təltif olunublar.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən foto
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən foto

Ən Çox Oxunan