Gəncədə tələbələrlə görüşlər keçirilib. Bu haqda 2 noyabr tarixində “ASAN könüllüləri”nə istinadən məlumat veririk.
Tədbirlər 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə baş tutub. Nümayəndələr Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinin və Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin tələbələri ilə görüşüblər.
Burada gənclərə “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinin təbliği haqqında maarifləndirici tədbir təşkil olunub.