12.5 C
Gence
10.5 C
Ganja

ASAN könüllüləri 14 uşağın arzusunu yerinə yetiriblər

Gəncədə Uşaq Evinin sakinlərinin arzusu gerçəkləşib. Bu haqda 6 sentyabr tarixində ASAN könüllülərinə istinadən məlumat veririk.

“ASAN Məktub” sosial proqramının və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllülərinin təşkilatçılığı ilə Gəncə Uşaq Evinə ziyarət baş tutub. Tədbir 5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü ilə əlaqədar təşkil edilib.

Burada 14 uşağın arzusu gerçəkləşdirilib. Könüllülər balacalara hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Uşaq Evinin digər sakinlərinin kiçik arzuları ilə www.asanmektub.az saytında tanış olmaq olar.

Ən Çox Oxunan