14.3 C
Gence
14.3 C
Gence

Artıq Gəncənin ASAN xidmət mərkəzində vaksinasiya olmaq mümkündür

Gəncənin ASAN xidmət mərkəzində avqustun 4-dən vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Aparılan işlər haqqında müxbirimiz bu gün, 5 avqustda xəbər verib.

Vaksinasiya saat 9:00-dan 17:30-dək aparılır. Peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Girişdə məlumat bürosuna yaxınlaşıb növbə götürmək kifayət edir.

Mərkəzdə Çinin “Sinovac” vaksinindən istifadə olunur.

Müxbirimizin sözlərinə görə, insanlar növbədə saatlarla qalmır. Növbə yaxınlaşan zaman həkim qanda olan oksigenin miqdarını, təyziqi və nəbzi ölçəndən sonra peyvəndin vurulmasına icazə verilir. Həkimin tələbi ilə vaksin vurduqdan sonra şəxslər 15 dəqiqə oturmalıdır. Peyvənd olunanlara 3 gün ərzində çimmək və spirtli içki qəbul etmək məsləhət deyil.

Qeyd edək ki, mərkəzdə vaksinləşmənin bitəcəyi vaxt haqqında məlumat yoxdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan