Gəncədə “Qayıdış” layihəsinin icrasına başlanılıb. Bu haqda 29 noyabr tarixində Art Garden Ganja məlumat paylaşıb.
Layihə çərçivəsində ilk olaraq Göygöl rayonunun Qızılca kəndi ziyarət olunub. Burada 20 azyaşlıya bədii kitablar, testlər, dərsliklər, 15 ailəyə isə geyim bağışlanıb.
Qeyd edək ki, səfərdən öncə Art Garden Ganja-da uşaqlara hədiyyə olunacaq oyuncaqlarla bağlı master klass keçirilmişdir.
Layihənin hədəfi ölkəmizin rayon, şəhər və ucqar kəndlərinə gedərək 800 kitab, geyim və məktəb ləvazimatları çatdırmaqdır.

