24.7 C
Gence
24.7 C
Gence

Art Garden Ganja-da yoqa təlimi keçiriləcək

Gəncədə yoqa sessiyası təşkil olunacaq. Bu haqda 1 fevral tarixində Art Garden Ganja məlumat paylaşıb.

Təlim 5 fevral tarixində saat 16:00-da keçiriləcək. Dərslərin təlimçisi Tural Faziloğludur. İştirak ödənişsiz olacaq. Yoqadan sonra çay seremoniyası keçiriləcək. Sessiyaya qatılanlar orqanik bitkilərdən hazırlanmış çay dəmləyib içəcəklər.

Paylaşımda qeyd olunub ki, iştirakçılar rahat geyimdə gəlməlidirlər. Art Garden Ganja Vaqif küçəsi, 160A ünvanında yerləşir.

Ən Çox Oxunan