24.1 C
Gence
24.1 C
Gence

“Art Garden Ganja”da yoqa məşğələsi olacaq

Gəncədə yoqa sessiyası təşkil olunacaq. Bu haqda 25 yanvar tarixində Art Garden Ganja məlumat paylaşıb.

Təlim 27 yanvar tarixində saat 16:00-da keçiriləcək. Ödənişsiz yoqa dərslərinin təlimçisi Tural Faziloğludur. Yoqadan sonra çay seremoniyası keçiriləcək. Sessiyaya qatılanlar orqanik bitkilərdən hazırlanmış çay dəmləyib içəcəklər.

Paylaşımda qeyd olunub ki, iştirakçılar rahat geyimdə gəlməlidirlər. Art Garden Ganja Vaqif küçəsi, 160A ünvanında yerləşir.

Ən Çox Oxunan