20.3 C
Gence
15.5 C
Ganja

“Art Garden Ganja”-da növbəti təlimin mövzusu bəlli olub

“Art Garden Ganja”-da növbəti təlimlərin vaxtı və mövzusu açıqlanıb. Bu haqda 28 iyul tarixində istirahət mərkəzinə istinadən məlumat veririk.

“Brand Your Idea” layihəsi çərçivəsində üçüncü təlim 27-28 avqust tarixlərində “Maliyyə planı” mövzusunda baş tutacaq. Təlimçi Şahmurad Yəhyayev iştirakçılarla sahənin əsas anlayışlarını və diqqət yetirilməsi lazım olan nüansları bölüşəcək. Təlimdə “Biznes qurularkən qoyulan sərmayəni ən məhsuldar formada necə istifadə etməliyik?” sualı cavablandırılacaq.

Proqramda iştirak ödənişsizdir. Qeydiyyat mütləqdir.

Qeyd edək ki, birinci və ikinci təlimlərin tarixi müvafiq olaraq 13-14 avqust və 20-21 avqust tarixlərinə dəyişdirilib.