“Art Garden Ganja”-da 4-cü təlimin vaxtı və mövzusu açıqlanıb. Bu haqda 5 avqust tarixində istirahət mərkəzinə istinadən məlumat veririk.
“Brand Your Idea” layihəsi çərçivəsində 3-4 sentyabr tarixlərində “Reklamın hazırlanması və planlanması” mövzusunda təlim baş tutacaq. Təlimçi Ülkər Çələbiyeva iştirakçılarla sahənin əsas anlayışlarını və diqqət yetirilməsi lazım olan nüansları bölüşəcək. Təlimdə “Öz məhsulumu effektiv formada necə satmalıyam?” sualı cavablandırılacaq.
Proqramda iştirak ödənişsizdir. Qeydiyyat mütləqdir.
Qeyd edək ki, layihə 13 avqust tarixində start götürür.