Gəncədə ödənişsiz meditasiya dərsləri keçiriləcək. Bu haqda 3 fevral tarixində “Art garden ganja”ya istinadən məlumat veririk.
Tədbirdə iştirakçılar meditasiya və yoqanın sirlərini öyrənə biləcəklər. Dərslər 18, 19 fevral tarixlərində saat 15:00-da “Art Garden Ganja”da baş tutacaq. Təlim mütəxəssis Orxan İskəndərlinin iştirakı ilə təşkil olunacaq.
Təlim proqramı:
- Meditasiyaya giriş, metodun izahı, yoqa haqqında ümumi məlumat;
- Mantra ifası;
- Səssiz meditasiya;
- Sualların cavabı, ünsiyyət.tasiya
Təlimlərdə iştirak ödənişsizdir. Qeydiyyat üçün 055 936 30 17 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.