Art Garden Ganja-da hər həftənin şənbə günləri gənclər toplanaraq müxtəlif mövzularda söhbət edirlər. Bu haqda rəsmi Instagram səhifələrində paylaşım edilib.
Bu həftə görüş 23 oktyabr saat 18:00-da baş tutacaq. İştirak ödənişsizdir. Girişdə hər kəsdən Covid-19 pasportu tələb olunur.
Qeyd edək ki, Art Garden Ganja Vaqif küçəsi, 160A ünvanında yerləşir.