Gəncədə 8 yanvar tarixində çay seremoniyası keçiriləcək. Bu haqda Art Garden Ganja məlumat paylaşıb.
Seremoniya saat 16:00-da yoqa sessiyasından sonra baş tutacaq. İştirakçılar orqanik bitkilərdən çay dəmləyib içəcəklər. Mərasimdə iştirak ödənişsizdir.
Art Garden Ganja Vaqif küçəsi, 160A ünvanında yerləşir.
Xatırladaq ki, bu gün həmçinin ödənişsiz yoqa dərsi keçiriləcək.