25.4 C
Gence
18.5 C
Ganja

AQTİ-nin laboratoriyasına mütəxəssislər axtarılır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vakansiyalar elan edib. Bu haqda məlumatı sentyabrın 23-ü adıçəkilən quruma istinadən veririk.

AQTİ Gəncədə fəaliyyət göstərəcək regional sınaq laboratoriyasına əməkdaş axtarışındadır. Hazırda kimyaçı və mikrobioloq vəzifələri üzrə vakant yerlər mövcuddur. Hər bir vakansiyaya uyğun tələb olunanlar barədə ətraflı məlumat almaq üçün bu link-dən keçid edə bilərsiniz.

Namizədlər CV-lərini mövzu yerlərinə müvafiq olaraq “Gəncə-kimyaçı” və ya “Gəncə-mikrobioloq” yazaraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra onlar müsahibəyə dəvət olunacaqlar.