Aqrar Universitetin yataqxanasına qeydiyyat başlayıb. Bu haqda məlumatı sentyabrın 3-ü adıçəkilən təhsil ocağına istinadən veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında yerləşmək istəyən tələbələrin qeydiyyat prosesinə start verilib. Bunun üçün linkdən keçid edin.
Ətraflı məlumat üçün (077) 299 30 95 nömrəsi ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında bir nəfər üçün yer aylıq 35 manat təşkil edir.