15.3 C
Gence
15.3 C
Gence

“Aqrar sığorta işinin təşkili” mövzusunda təlimlər baş tutub

Gəncədə sahibkarlar üçün təlimlər keçirilib. Bu haqda 3 mart tarixində KOB İnkişaf Mərkəzinə istinadən məlumat veririk.

“Aqrar sığorta işinin təşkili” mövzusunda maarifləndirici təlim “AzerGold” QSC-nin təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzinin (KOBİM) dəstəyi ilə baş tutub. Tədbirə 30 nəfər qatılıb.

Burada ekspert tərəfindən aqrar sığorta mexanizmi, onun iş prinsipi, bu sahədə işin səmərəli təşkili barədə məlumat verilib. Eyni zamanda təlimlərdə sığorta predmeti və müqavilənin bağlanması, sığorta məbləğinin müəyyən edilməsi, eləcə də sığorta hadisəsi zamanı tələb olunan sənədlər barədə danışılıb. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

Ən Çox Oxunan