26.4 C
Gence
26.4 C
Gence

Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Gəncədə

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 12 oktyabr tarixində görüş keçirilib. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və mərkəzin monitorinq və təhlil şöbəsinin müdiri Ramal Piriyev ADAU-də olublar. Burada tələbə və müəllimlərlə görüşüblər. Tədbirdə Elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlöysəd Əsgərov, ADAU İnnovasiya mərkəzinin koordinatoru Fərrux Rəhimov və tələbələr iştirak ediblər.

Görüş Aqrobiznes və idarəetmə fakültəsində baş tutub. Anar Cəfərov həyata keçirilmiş layihələr və nəzərdə tutulan addımlar ilə bağlı çıxış edib.

Daha sonra, universitetdə həyata keçirilən innovativ layihələr və startaplarla bağlı görülmüş işlər haqqında məlumat verilib.

 

Ən Çox Oxunan