13 C
Gence
8.5 C
Ganja

Aqrar İnkişaf Könüllüləri istixanalarda təcrübə keçiblər

Aqrar İnkişaf Könüllüləri Gəncədə fəaliyyət göstərən “AzRus-Dostluq” ASC-yə ekskursiyada iştirak ediblər. Bu haqda Gəncəxəbər.az 26 dekabr tarixində məlumat verir.

Gəncə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri asudə vaxtlarını dəyərləndiriblər. Könüllülər ekskursiya zamanı istixana kompleksi ilə tanış olublar. Mütəxəssislər istixana şəraitində pomidorun yetişdirilməsi üsulları, xəstəlik və ziyanvericilərə qarşı mübarizə zamanı aparılan aqrotexniki tədbirlər haqqında məlumat veriblər.

Könüllülərin biliklərini təkmilləşdirmək məqsədilə praktiki dərslər keçirilib.

Ən Çox Oxunan