24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Aqrar könüllüləri ekskursiyada olublar

Gəncədə könüllülər üçün ekskursiya təşkil olunub. Bu haqda 7 yanvar tarixində Aqrar İnkişaf Könüllüləri məlumat paylaşıb.

Ekskursiya “AZ-RUS Dostluq” ASC-də baş tutub. Könüllülər pomidorun becərilməsi üsulları, aqrotexniki qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları haqqında məlumat alıblar.

Sonra iştirakçılar fikir mübadiləsi aparıblar. Onlar nəzəri biliklərini praktiki tətbiq edərək, bacarıqlarını təkmilləşdiriblər.

Ən Çox Oxunan