Gəncədə şəhidlərin 40 mərasimi təşkil olunub. Bu haqda 1 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş 6 nəfər hərbi qulluqçunun 40 mərasimləri baş tutub. Şəhidlər xiyabanında keçirilən mərasimdə Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, QMİ Qazılar şurasının üzvü Hacı Tahir Abbasov, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin rəisləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və şəhər ictimaiyyəti iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Din xadimi tərəfindən şəhidlərimizin ruhlarına dualar oxunub. İcra Hakimiyyətinin başçısı şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Qeyd edək ki, lokal xarakterli antiterror əməliyyatı zamanı baş leytenant Kərəm Həsənov, əsgərlər: Murad Axundov, Oruc Bədəlov, Ramal Ələkbərov, Orxan Əliyev və Talıb Əliyev şəhidlik zirvəsinə ucalıblar.