14.7 C
Gence
14.7 C
Gence

Anım Günü ilə bağlı iclas keçirilib

Gəncədə Anım Günündə keçiriləcək tədbirlərlə bağlı müşavirə baş tutub. Bu haqda 26 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İclasın gündəliyindəki məsələlər diqqətə çatdırılıb. Tədbirlər Planı ilə tanış olduqdan sonra komissiya üzvləri müzakirələr aparıblar. Burada idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən görüləcək işlər barədə danışılıb.

Yekunda Niyazi Bayramov Tədbirlər Planı və qarşıda duran məsələlərlə bağlı komissiyanın üzvlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlər barədə məlumat vermişdik.

 

Ən Çox Oxunan