24.7 C
Gence
24.7 C
Gence

AMEA-nın Gəncə şöbəsində maaşlar yüksəldilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə şöbəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Bu haqda 22 yanvar tarixində Marja-ya istinadən məlumat veririk.

Nazirlər Kabineti yeni əlavə edib. Belə ki, AMEA-nın Gəncə bölməsinin akademik-katibinin maaşı 1230-dan 1476 manata, əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin – 1150-dən 1380 manata, elmi katibin –  980-dan 1176 manata qaldırılıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında qərar imzalayıb.

 

Ən Çox Oxunan