Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində 18 oktyabr tarixində dəyirmi masa keçirilib. Bu haqda rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Tədbirdə şəhər ağsaqqallar və veteranlar şuralarının üzvləri, ziyalılar, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvləri iştirak ediblər.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra AMEA Gəncə Bölməsinin sədri Fuad Əliyev qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə edib. O, qeyd edib ki, 44 günlük müharibə Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir.
Sonda Fuad Əliyev tədbirə yekun vuraraq müstəqilliyimizin bərpası günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.