Çoxmənzilli binaların sakinləri məhəllələrində istirahət guşəsinin yaradılmasını arzu edirlər. Bu haqda məlumat avqustun 27-si Gencexeber.az-a daxil olub.
Sözügedən hal Nizami küçəsində, köhnə Yevlax avtovağzalının yanında yerləşən 6 ədəd 4 mərtəbəli binaların qarşısında müşahidə edilir. Ərazidə futbol meydançası, əyləncə idman qurğuları yoxdur.
İşıqlandırılmayan küçədə asfalt örtüyü salınmayıb. Bundan başqa məhəllədə oturacaqlar belə mövcud deyil.
Sakinlər şəhərin digər hissələrində icra edilən “Abad məhəllə” layihəsinin yaşadıqları ərazidə də həyata keçirilməsini arzu edirlər.
Xatırladaq ki, Gülüstan qəsəbəsində də oxşar vəziyyət mövcuddur.