9.7 C
Gence
5.5 C
Ganja

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təlim baş tutub

Gəncədə məişət zorakılığı ilə bağlı təlim keçirilib. Bu haqda 20 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində məişət zorakılığı və onunla mübarizə mövzusunda təlim baş tutub. Tədbir şəhər İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. Burada İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Xalidə Mete, Zibəndə Yusifova, vəkillər kollegiyasının üzvü hüquqşünas Sevinc Əliyeva, Gəncə və bir neçə rayon icra hakimiyyətlərində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri iştirak ediblər.

Tədbirdə məişət zorakılığı ilə mübarizədə müxtəlif mövzuda təlim sessiyaları dinlənilib. Həmçinin mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd beynəlxalq standartlar və yanaşmalar mövzusunda bilik və bacarıqların artırılmasıdır.

Ən Çox Oxunan