23 C
Gence
18.5 C
Ganja

Şahmat üzrə regional seminar baş tutub

Gəncədə şahmat üzrə seminar keçirilib. Bu haqda 19 iyul tarixində Azərtac-a istinadən məlumat veririk.

Regional seminar Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə baş tutub. Burada Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy və Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak edib. Onlarla müasir metodiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə söhbət aparılıb.

Seminar Əməkdar məşqçi Anar Allahverdiyev və “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev tərəfindən keçirilib.