16.9 C
Gence
16.9 C
Gence

Şahmat turnirinin bağlanış mərasimi keçirilib

Gəncədə şahmat turniri başa çatıb. Bu haqda 1 may tarixində Kəpəz bələdiyyəsinə istinadən məlumat veririk.

Heyd­ər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin bağlanış mərasimi keçirilib. Müsabiqədə 90 yeniyetmə şahmatçı iştirak edib. İsveçrə sistemi ilə 9 turda keçirilmiş turnirdə ümumi və qız­lar arasında ilk 3 (üç) yeri tutmuş şahm­atçılar müvafiq olar­aq kubok, diplom, me­dal və Kəpəz Bələdiyyəsi tə­rəfindən planşet, mo­bil telefon və smart saatla mükafatlandı­rılıblar.

Yarışın kiçik yaşlı oğlan və qız iştira­kçıları fəxri fərmanlar və şahmat kitabları ilə təltif ediliblər.

Ən Çox Oxunan