25.8 C
Gence
25.8 C
Gence

“Şahin” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıblar

Gəncədə bir sıra şagirdlər təltif olunublar. Bu haqda 19 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

Nizami Yurdunun tam orta məktəb şagirdləri arasında keçirilmiş “Şahin” hərbi-idman oyunlarının şəhər seçim mərhələsində uğurlu çıxış etmiş komandaların təltifetmə mərasimi baş tutub. Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Təşkilat Komitəsinin üzvləri yer tutan komandaların nümayəndələri ilə görüş keçiriblər.

Nəsirov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayaraq şagirdlərin hərbi xidmətə hazırlanmasında rolunu qeyd edib.

Yarışda yer tutan komanda üzvləri müvafiq diplom və məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.

Ən Çox Oxunan