Gəncədə hərbi-idman oyunlarının şəhər mərhələsi baş tutub. Bu haqda 10 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
“Şahin” hərbi-idman oyunları üzrə Gəncə şəhər mərhələsi Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə N saylı Hərbi Hissədə təşkil olunub. Tədbirin açılış mərasimində Gənclər və İdman Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Həmid Nəsirov, Quru Qoşunların ideoloji iş və mənəvi-psixoloji təminat rəisi polkovnik Vüqar Allacov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Fəzail Poladov çıxış edərək, “Şahin” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rolunun, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük əhəmiyyətinin olduğunu qeyd ediblər və yarışın iştirakçılarına uğurlar arzulayıblar.
Şahin hərbi-idman oyunlarının təşkilində verdikləri dəstəyə görə Baş İdarə rəisi Həmid Nəsirov N saylı hərbi hissənin komandanlığını “Təşəkkürnamə” ilə təltif edib.
Qeyd edək ki, oyunlar şəhərin 44 tam orta ümumtəhsil məktəbinin komandaları arasında keçirilmişdir.