23 C
Gence
18.5 C
Ganja

“Agrotech və Energy Ideathon” keçiriləcək

Gəncədə aqrar sektorla bağlı tədbir keçiriləcək. Bu haqda 26 noyabr tarixində “SUP.VC” şirkətinə istinadən məlumat veririk.

2, 3 dekabr tarixlərində Gəncə Dövlət Universitetində “SUP.VC” şirkətinin və “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin” təşəbbüsü ilə “Agrotech və Energy Ideathon” təşkil olunacaq. Burada aqrar sektorda innovativ texnologiyalara yer verilməsi, bərpaolunan enerji resurslarından istifadənin genişləndirilməsi, rəqəmsal enerji texnologiyalarının tətbiqi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mövzulara yer veriləcək. İştirakçılar bu sahələr üzrə müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyəcəklər.

Layihənin təşkil olunmasında əsas məqsəd aqrar və enerji sektorunda texnologiya və innovasiyaların inteqrasiyası, bu sahələrdə mövcud olan problemlərlə bağlı innovativ ideyalara dəstək verməkdir.

İştirakçılar yalnız 3 nəfər üzvdən ibarət komanda şəklində çıxış edə bilərlər. Ən yaxşı ideyanı təqdim edən və ilk 3 yeri tutan komandalar mükafatlandırılacaq.

Qatılmaq üçün qeydiyyatdan keçmək lazımdır. Link:

https://bit.ly/3ALqPjU