5.8 C
Gence
5.8 C
Gence

Şagirdlərlə maarifləndirici görüş təşkil olunub

Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib. Bu haqda 26 noyabr tarixində 39 nömrəli məktəbə istinadən məlumat veririk.

“Narkomaniyaya “yox” deyək” adlı görüşdə təhsil müəssisəsinin yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirə Baş Polis İdarəsinin ikinci polis şöbəsinin polis polkovnik leytenantı Nəvai Qasımov, polis əməkdaşları, məktəb rəhbərliyi, məktəbin psixoloqları qatılıblar.

Şagirdlərə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası, onun insan həyatında yaratdığı sağalmaz fəsadlar, narkotikdən qorunmağın yolları və s. haqda məlumat verilib.

Ən Çox Oxunan