26.4 C
Gence
26.4 C
Gence

Şagird sayı 500-dək olan məktəblərdə direktor olmaq istəyənlər imtahan verəcəklər

Gəncədə ümumi təhsil müəssisələrində direktor vəzifəsinə sənəd qəbulu başa çatıb. Bu haqda 14 aprel tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan məktəblərə işə qəbul ilə bağlı sənəd qəbulu keçirilib. Regional Təhsil İdarəsinin tabeliyində olan rayonlarda işləyən təhsil işçiləri öz sənədlərini müvafiq rayonda fəaliyyət göstərən sektora təqdim ediblər.

Aprelin 15-də saat 11:00-da şagird sayı 151-500-dək olan və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək. İmtahan 28 nömrəli tam orta məktəbdə təşkil olunacaq və 80 dəqiqə davam edəcək.

Namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. İmtahanda iştirak edəcək namizədin binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olması mütləqdir. Eyni zamanda namizədlər imtahan müddəti başlamazdan 1 saat əvvəl yaxınlaşmalıdırlar.

Qeyd edək ki, test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin əlaqə nömrələrinə bu barədə SMS-bildiriş göndərilib.

Ən Çox Oxunan