Gəncədə minifutbolla bağlı layihə təşkil edilib. Bu haqda məlumatı sentyabrın 5-i Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən veririk.
“S1 Sehrbaz” adlı futbol layihəsi start götürüb. Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, AFFA-nın maliyyə dəstəyi və digər qurumların tərəfdaşlığı ilə reallaşıb.
“Kəpəz”in futbolçuları Tural Rzayev, Mixeili Erqemlidze, Giorgi Kantariya və Abdullahi Şuaybu iştirakçılar üçün ustad dərsləri keçiblər. Peşəkarlar topun düzgün ötürülməsi, qapıya dəqiq zərbələrin vurulması yönündə tövsiyələr verib, praktik biliklərini bölüşüblər.
Qeyd edək ki, layihə 2 həftə davam edəcək. 12-25 yaş arası iştirakçılar müxtəlif müsabiqələr üzrə yarışacaqlar. Məqsəd uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşmasına, kütləviliyin artırılmasına və asudə vaxtın səmərəli təşkil olunmasına xidmət etməkdir.