Gəncədə “Heydər Əliyev İli” çərçivəsində minifutbol turniri təşkil olunub. Bu haqda 22 may tarixində Gəncə Şəhər Gənclər və İdman Mərkəzinə istinadən xəbər veririk.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gəncə Futbol Veteranları İctimai Birliyinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə 12-20 may 2023 cü il tarixlərdə Lokomotiv süni ot örtüklü meydançada 2014-2015 təvəllüdlü idmançılar arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol turniri keçrilib.
Turnirin açılış mərasimində Baş İdarə rəisi Həmid Nəsirov və idman ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğıdan danışmış, yarış iştirakçılarına uğurlar arzulamışlar.
10 komandanın iştirakı ilə baş tutan yarış gərgin mübarizə şəraitində keçib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.