21 C
Gence
21 C
Gence

“AFB Bank” təcrübə proqramı elan edir

Gəncədə təcrübə proqramı elan olunub. Bu haqda 7 aprel tarixində Edumap-a istinadən məlumat veririk.

“AFB Bank” Gəncə filialında Müştəri xidmətləri sahəsində karyera qurmaq istəyənlər üçün təcrübə proqramına start verir. Bura gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar müraciət edə bilərlər.

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcək:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
  • MS Office (MS Word, MS Excel) proqramları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və yüksək təqdimat bacarığına malik olma.

Təcrübə proqramının sonunda müsbət nəticə göstərənlərin işə qəbulu nəzərdə tutulur. Maraqlanan şəxslər CV-lərini mövzu sətrində “Əməliyyat üzrə təcrübəçi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən Çox Oxunan