19 C
Gence
19 C
Gence

ADAU və Eskişehir Teknik Universiteti anlaşmaya imza atıblar

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Eskişehir Teknik Universiteti arasında “Mevlana” proqramı və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Məlumat verilir ki, anlaşma gələcəkdə ikili diplomların hazırlanması, təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların qarşılıqlı mübadiləsinə yol açacaqdır.

“İki universitet arasında qarşılıqlı əməkdaşlıq xüsusilə mühəndislik ixtisasında təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ciddi töhfələr verəcəkdir.” – deyə universitetin rektoru İbrahim Cəfərov bildirib.

Ən Çox Oxunan