13.6 C
Gence
13.6 C
Gence

ADAU və Ege Universiteti arasında görüş keçirilib

Gəncədə “İkili diplom” proqramının rəhbər komitəsinin iclası keçirilib. Bu haqda 18 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

İclas Ege Universiteti ilə həyata keçirilən beynəlxalq “ikili diplom” proqramı çərçivəsində baş tutub. Onlayn görüşə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Fuad Mayılov, Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədov, Dövlət proqramı İdarəetmə qrupunun rəhbəri Turan Topalova, Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı Banu Yücel, “İkili diplom” proqramının direktoru Lamiyə Quliyeva, Edip Açıl və digər iştirakçılar qoşulublar.

Tədbirdə universitetlər arasında əməkdaşlıq çərçivəsində bir çox məsələlər, 2023-cü ildə Gəncə şəhərində birgə karyera sərgisinin keçirilməsi müzakirə olunub. Ege Universitetində təhsilin magistratura səviyyəsinə müraciət edəcək tələbələr üçün ADAU-da türk dili tədris mərkəzinin açılması və türk dili fənnindən dərəcə imtahanlarının təşkil olunması, “İkili diplom proqramının akademik heyəti tərəfindən ingilis dili fənnindən müvafiq kursların və imtahanların keçirilməsi də danışılıb.

Ən Çox Oxunan