Azərbaycan Dövlət Aqrar universiteti 29 oktyabr tarixində memorandum imzalayıb. Bu haqda universitetin saytında məlumat paylaşılıb.
Anlaşma ali təhsil müəssisəsi ilə Aqrar Sığorta Fondu arazında imzalanıb. Sənəddə müxtəlif sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Memoranduma əsasən qurumlar universitetin müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsində, sosial məsuliyyətli layihələrin icrası, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkil edilməsində əməkdaşlıq edəcəklər. Anlaşmaya görə, tələbələrə tədris ili ərzində istehsalat təcrübəsinin, yay təcrübə proqramlarının keçirilməsi və sertifikatın verilməsi, məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təmin edilməsi nəzərdə tutulur.
Bundan başqa birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfransların, təlimlərin və seminarların təşkil edilməsi planlaşdırılır.