Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ankara Universiteti arasında “Mevlana” proqramı və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Məlumat verilir ki, anlaşma gələcəkdə ikili diplomların hazırlanması, baytarlıq sahəsində mütəxəssis hazırlığına, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə, müəllim və tələbələrin qarşılıqlı mübadiləsinə yol açacaqdır.