14.7 C
Gence
14.7 C
Gence

ADAU tələbələri “Tərtər Aqropark” MMC-nin bağlarında olublar

Gəncədə təhsil alan tələbələr Tərtərə səfər ediblər. Bu haqda 5 oktyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Səfər ADAU-nun Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramı çərçivəsində baş tutub. II kurs tələbələri və bir qrup professor-müəllim heyəti “Tərtər Aqropark” MMC-də intensiv meyvə bağlarına baş çəkiblər.

Burada şirkət nümayəndələri intensiv bağlarda suvarma və mühafizə sistemləri, gübrələmə, yığım, kalibrləmə və s. qulluq işləri haqda məlumat veriblər.

Tədbirdə həmçinin Ege Tarım Topluluğunun Danışmanı doktor Deniz Eroğul, professor doktor Sezai Delibacak, doktor Gülsüm Öztürk və ADAU-nun Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov iştirak ediblər.

 

Ən Çox Oxunan