24.1 C
Gence
24.1 C
Gence

ADAU tələbələri tələbələri təcrübə üçün Göygölə səfər ediblər

Gəncədə 3 dekabr tarixində tələbələr SYN Agro MMC və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) olublar. Bu haqda Azərbaycan Dövlət Aqrar universiteti məlumat paylaşıb.

Səfərdə Baytarlıq ixtisasının tələbələri iştirak ediblər. Onlara SYN Agro MMC-də baytar həkimi Zahid Tağızadə südlük iri-buynuzlu cins mal-qaranın yemləndirilməsi, müayinə edilməsi və hər hansı bir xəstəlik problemi yaranmış heyvanın müayinə və müalicə üsullarının tətbiqi qaydalarını izah edib. Laboratoriya şəraitində analiz etmək üçün inəklərdən qan götürülüb. Tələbələr heyvanlarda suni mayalanmaya və boğazlıq heyvanların ultrasəs müayinəsinin təyin edilməsi üçün USM aparatının iş prinsipi haqqında məlumatlar eldə ediblər.

Daha sonra onlar Heyvandarlıq Elmi Tədqiqat İnsitutunda olublar. Burada direktor Mahir Hacıyev onları bir neçə laboratoriyanın fəaliyyəti ilə tanış edib, yüksək məhsuldar cins heyvanlardan alınan heyvandarlıq məhsullarının emalı və istehsalı texnologiyası, laboratoriya şəraitində müasir fiziki-kimyəvi ekspress üsullarla hazır məhsulun keyfiyyətinin qiymətləndirilməsi prosesləri, eyni zamanda İnstitutun təsərrüfat sahəsində iri-buynuzlu südlük mal-qara, qoyun-keçi, dovşan və quşların saxlanıldığı təsərrüfat sahəsi ilə tanış edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan