25.8 C
Gence
25.8 C
Gence

ADAU tələbələri Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının son təlimlərində iştirak ediblər

Gəncədə Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı başa çatıb. Bu haqda 20 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) məlumat paylaşıb.

Təlimlər ADAU və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilirdi. Proqram ümumilikdə 5 həftə davam edib.

Son sessiyanın nəzəri hissəsində “Ferrero” mütəxəssisləri məhsul yığımından sonrakı texnologiyalar, fındığın keyfiyyət parametrləri, dəyər zəncirinin optimallaşdırılması və təşkili, məhsulun izlənməsi və bazarın inkişafı mövzularında danışıblar.

Yanvar ayında imtahan sessiyası baş tutacaq. Uğurla bitirən tələbələr beynəlxalq sertifikatla təltif olunacaqlar.

Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto

Ən Çox Oxunan