Gəncədə tələbələrlə görüş baş tutub. Bu haqda 6 oktyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Görüş Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi ilə keçirilib. Tədbir 2 saylı Tələbə Evinin akt zalında baş tutub. Burada tələbələrə Universitetdə görülən işlər, yeniliklər və hədəflər barədə məlumat verilib. Həmçinin tələbələrin təklifləri, ideyaları dinlənilib və sualları cavablandırılıb.
Tədbirdə Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, görüşün məqsədi tələbələrin fikir və təkliflərini dinləməkdir.