18.6 C
Gence
18.6 C
Gence

ADAU-nun tələbələri Zaqatalada “Azərtütün”ün təlimində iştirak ediblər

Gəncədə təhsil alan tələbələr Zaqatalaya səfər ediblər. Bu haqda 13 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azərtütün” ASC arasında bağlanan memoranduma əsasən, şirkətin mütəxəssisləri tərəfindən ADAU tələbələri üçün tütün yetişdirilməsi ilə bağlı təlimlərə start verilib.

İlk təlim Zaqatala şəhərində keçirilib. Universitetin Aqronomluq və Mühəndislik fakültələrində oxuyan bir qrup tələbə, tütünçülük fənnini tədris edən Gülnarə Abbasova və Bitkiçilik kafedrasının assistenti Arzu Babazadə təlimdə iştirak ediblər.

Ən Çox Oxunan