Gəncədə tələbələr istehsalat təcrübəsini laboratoriyalarda davam etdirirlər. Bu haqda 11 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasında keçirlər. Onlar torpaqlarda icra olunan aqrokimyəvi analizlərin nəzəri əsaslarını öyənməklə yanaşı, praktiki olaraq analizlərin aparılması prosesində də iştirak edirlər.
Tələbələr torpaq nümunələrinin qeydiyyatı və analizə hazırlığı prosesləri, bu nümunələrdə aparılan aqrokimyəvi analizləri pH, Ec, ümumi azot, mənimsənilə bilən fosfor, orqanik, karbon, karbonatlıq, həmçinin aqrofiziki parametrlər olan qranulometrik tərkibi, tarla su tutumunu, hiqroskopik nəmlik və s. parametrləri öyrənəcəklər.