16.9 C
Gence
17.5 C
Ganja

ADAU-nun nümayəndələri Portuqaliyada keçirilən təlimdə olublar

Gəncədəki universitetlərin birinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər. Bu haqda 2 noyabr tarixində ADAU-ya istinadən xəbər veririk.

Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektoru Azad İbrahimov və rektorun köməkçisi Mahir Məmmədzadə Portuqaliyanın Ali Texniki İnstitutunda keçirilən təlimlərə qatılıblar. Tədbirlər 5 gün davam edib. Burada iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olub, müzakirələr aparıblar. Onlar, həmçinin Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət edəcəklər.

Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsidir. Səfər Erasmus+ layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” mövzusunda keçirilib.

Ən Çox Oxunan