Gəncədə universitet məzunu olan şəhid Ədil Ədilzadə yad edilib. Bu haqda 30 oktyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı şəhid Ədil Ədilzadənin məzarını ziyarət edib. Mərasimə şəhidin ailəsi də qatılıb. Baş leytenantın məzarı önünə gül dəstələri və əklil qoyulub.
Qeyd edək ki, ADAU-nun məzunu olan Ədil Rövşən oğlu Ədilzadə 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalıb.